Dərc edilib: 30-01-2019

https://www.nuh.az/18742-.html

İsgəndər Həmidov saxlanıldı və buraxıldı

30.01.2019 15:25:38

Günün sitatı

Şəkidə polis tərəfindən saxlanılan sabiq Daxili işlər naziri İsgəndər Həmidov sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar. 

Qeyd edilir ki, Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan keçmiş nazir 1 saatdan sonra buraxılıb. 

Məlumat üçün deyək ki, İ. Həmidov Şəkiyə sabiq Müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq gedibmiş.

NUH informasiya agentliyi səhifəsindən çap edilib