Dərc edilib: 01-02-2019

https://www.nuh.az/18759-.html

“Əhməd bəy Ağaoğluna Gürcüstanda heykəl qoyulsun” - Deputat

01.02.2019 15:02:03

Müsahibə

Deputat Fazil Mustafa onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib. 


“Qafqazinfo” xəbər verir ki, o, bunu indiki mövcud situasiya ilə əlaqələndirib: “Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun  layihəsinin hazırlanması sürətləndirilməlidir”.

Həmçinin deputat çıxışında böyük Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğluna heykəl ucaldılmasını təklif edib. O bildirib ki, bu il Ağaoğlunun 150 illik yubileyi qeyd ediləcək: “Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim Gürcüstandakı indiki situasiyaya, yəni, erməni terrorçusuna heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı. Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib