Dərc edilib: 01-02-2019

https://www.nuh.az/18761-.html

“Müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək”

01.02.2019 15:27:24

İqtisadiyyat

Deputat Vahid Əhmədov “ Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib.

“Qafqazinfo” xəbər verir ki, o, çıxışında vurğulayıb ki, bu qanun 2016- ci ildən tətbiq edilməyə başlanılıb: “Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması ilə bağlı yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. 

Bankları da əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara  növbəti böyük zərbə olar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib