Dərc edilib: 02-02-2019

https://www.nuh.az/18773-.html

Nəsimidə 2018-ci ilin videohesabatı təqdim olunub

02.02.2019 15:10:18

Mədəniyyət

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub. Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.

“Qafqazinfo” xəbər verir ki, toplantını giriş sözü ilə açan İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və  ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif  Əsgərov 2018-ci  ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.

Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, 8306 yeni daimi iş yeri açılmış, orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 6,1  % artaraq, 652,1 manat təşkil etmişdir. 

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti  müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib.

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1561 nəfər bitirmiş, onlardan   6 məzun qızıl medala layiq görülmüş, 1083 məzun tələbə adını qazanmışdır. Məzunlardan 23 nəfəri 650-dən çox, 2 nəfəri isə 700 bal toplamış, 261-i xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri  Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə Nəsimililərə  daha böyük uğurlar arzuladı.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub.

 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib