Dərc edilib: 03-02-2019

https://www.nuh.az/18785-.html

Çexiyadakı səfirimizin də biznesi ortaya çıxdı – Əhməd Əhmədzadənin oğlu ilə ŞƏRİKDİ

03.02.2019 17:23:43

İdman

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin bu ölkədə qurduğu biznesi araşdırıb. 


Materialı "Azpolitika.info"-ya istinadən təqdim edir:

“Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin da başı biznesə qarışıb. Hörmətli diplomatımız məmurlardan geri qalmayaraq səfir kimi fəaliyyət göstərdiyi ölkədə şirkət açıb.

Özü də faktiki olaraq, Su və Melorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədi Əhməd Əhmədzadənin oğlu, Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadə ilə ortaq.


Картинки по запросу Əhməd Əhmədzadə


Cənab səfir yəqin düşünüb ki, məmurlar ölkənin sərvətini Londona, Çexiyaya yatırırkan, dövləti təmsil etmək onamı qalıb…

 

Şirkətin qeydiyyatda olduğu ünvan (foto)


2018-ci il mayın 5-də cənab səfir, Cümə Əhmədzadənin bu ölkədəki biznesini idarə edən Elçin Kazımzadə və Çexiya vətəndaşı, Avropa-Azərbaycan Ticarət Palatasının rəhbəri DAVID SNÁŠEL East Trade Company s.r.o. şirkətini təsis ediblər.

Səfir öz hissələrini həyat yoldaşı 1973-cü il təvəllüdlü, Bakı şəhəri, Akademik Həsən Əliyev 98a, mənzil 36 ünvanında qeydiyyatda olan Ülkər Şəfiyevanın adına rəsmiləşdirib. Şirkətin pay bölgüsünə görə o, şirkətin 1/3-nə sahibdir.
Ülkər Şəfiyeva Xarici Dillər Universitetindən ingilis dili müəllimi ixtisası üzrə məzundur.

Şirkətin ünvanı: Klokotská 744/29, 390 01 Tábor. Şəhadətnamə nömrəsi: 07095945″.

 

Avropa Azərbaycan Ticarət Palatasının rəhbəri David Şnasel (foto)

NUH informasiya agentliyi səhifəsindən çap edilib