Dərc edilib: 04-02-2019

https://www.nuh.az/18794-.html

Prezident təbrik ünvanladı

04.02.2019 14:33:56

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısına təbrik ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət, 

Malayziyanın XVI Ali Başçısı seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib