Dərc edilib: 05-02-2019

https://www.nuh.az/18814-.html

“Təxliyyə qapısının açılmasına izn vermədilər” ŞOK

05.02.2019 19:33:01

Reportaj

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə təqsirləndirilənlər ifadə verməyə başlayıb.

T.Məmmədhəsənov deyib ki, hadisədən bir neçə dəqiqə sonra Mərkəzə gəlib: "Mühafizəçidən yanğını kimin törədə biləcəyini soruşdum, o da hadisədən əvvəl Məhəmməd Məmmədovun özünü şübhəli apardığını dedi. Mən də ona nə bilirsə prokurorluq əməkdaşına danışmasını tapşırdım. Yanğın vaxtı təxliyyə qapısı bağlı idi, mən qapının açılmasını istədim. Lakin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buna icazə vermədilər. Onlar dedilər ki, qapı açılsa, heç kəs oradan canlı çıxmayacaq. Amma qapı açılmalı idi”.

Proses fevralın 8-də davam etdiriləcək. Qeyd edək ki, yanğın nəticəsində 25 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib