Dərc edilib: 06-02-2019

https://www.nuh.az/18816-.html

Kəmaləddin Heydərov Şamaxıda zəlzələ yerində

06.02.2019 11:53:10

Günün sitatı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib.

 

Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, zəlzələ ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: "Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Şamaxıda baş vermiş zəlzələ haqqında  açıqlama verib.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hazırda Şamaxıdadır: “Burada sakitlikdir. Hazırda zəif təkanlar müşahidə olunur. Ancaq bu qorxulu deyil”.

***

"Qafqazinfo"nun əməkdaşının verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərovla icra başçısı Tahir Məmmədov hadisə nəticəsində zərər görmüş evlərə baş çəkiblər.

 

 

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib