Dərc edilib: 07-02-2019

https://www.nuh.az/18827-.html

“Keşişlər rahibələri seks köləsinə çevirib” - Papadan qalmaqallı etiraf

07.02.2019 11:07:32

Dünya

Roma Papası Fransisk ilk dəfə olaraq katolik kilsələrində rahibələrə qarşı seksual təcavüz faktını etiraf edib.


“Qafqazinfo” xəbər verir ki, qalmaqallı etirafı Papa Yaxın Şərq ölkələrinə səfəri zamanı səsləndirib. 

Fransisk bildirib ki, keşişlərin rahibələri seksual köləlikdə saxladıqları zamanlar da olub. Məhz bu səbəbdən bəzi qadın dini icmaları buraxılıb, din xadimləri isə kilsədən uzaqlaşdırılıblar. 

Papa qeyd edib ki, kilsələr problemdən xəbərdardırlar və hələ də davam edən təcavüz hallarının aradan qaldırılması üçün həll yolunu tapmağa çalışırlar. 

Rəsmi Vatikan Papanın sözlərinə yumşaltmağa çalışaraq Fransiskin seksual köləlik deyərkən keşişlərin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini nəzərdə tutduğunu açıqlayıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib