Dərc edilib: 07-02-2019

https://www.nuh.az/18830-.html

Prezident evi dağılan qadının əlindən öpdü - Video

07.02.2019 18:11:36

Siyasət

Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.


"Qafqazinfo" xəbər verir ki, prezident sakinlərə bildirib ki, müvafiq göstərişlər verilib: “Fövqəladə hallar naziri dünəndən Şamaxıdadır. Yaxşı işləyirlər. Harda ki evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harda ki bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib