Dərc edilib: 10-02-2019

https://www.nuh.az/18848-.html

Azərbaycan Ukraynaya avtomobil ixracına başlayır

10.02.2019 11:21:45

İqtisadiyyat

Azərbaycan istehsalı olan "Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib. Sədr bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulub. 
Emin Axundovun sözlərinə görə, indiyədək 1250 avtomobil satılıb. Bunun 400-ə yaxınını dövlət orqanları, qalanını isə vətəndaşlar alıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib