Dərc edilib: 11-02-2019

https://www.nuh.az/18850-.html

Şagird müəllimini öldürdü

11.02.2019 12:43:22

Kriminal

Belarusun paytaxtı Minskdə orta məktəblərdən birində qanlı hadisə baş verib.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, şagirdlərdən biri müəlliməsi ilə 3 sinif yoldaşına bıçaqla hücum edib. Hadisə nəticəsində müəllimə ilə şagirdlərdən biri hadisə yerində ölüb. Digər yaralılar isə xəstəxanaya yerləşdirilib.

 

İnsidenti törədən 15 yaşlı yeniyetmə saxlanılıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib