Dərc edilib: 11-02-2019

https://www.nuh.az/18855-.html

Bakcell Vergi işçilərini təbrik etdi

11.02.2019 14:02:59

İdman

Bakcell xidmətlərindən istifadə edən vergi işçiləri gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar


NUH.az   xəbər veri rki, vergi xidməti işçilərinin peşə bayramı günü münasibətilə Bakcell şirkəti bütün vergi işçilərini təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, Bakcell peşə bayramı münasibətilə gün ərzində vergi işçilərinə şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, Bakcell xidmətlərindən istifadə edən vergi xidmətinin əməkdaşları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib