Dərc edilib: 12-02-2019

https://www.nuh.az/18869-.html

Abel Məhərrəmov təcili xəstəxanaya yerləşdirildi

12.02.2019 18:05:33

Mədəniyyət

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.


 Oxu.az   xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib