Dərc edilib: 13-02-2019

https://www.nuh.az/18871-.html

Prezident Beyləqana getdi

13.02.2019 12:02:45

Siyasət

Bu gün prezident İlham Əliyev Beyləqan rayonuna səfərə gedib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib