Dərc edilib: 15-02-2019

https://www.nuh.az/18889-.html

Mehriban Əliyeva körpələr evində - Foto

15.02.2019 13:24:40

Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədəki 32 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkiblər.

"Qafqazinfo" xəbər verir ki, direktor Sahilə Hüseynova 280 yerlik bağçada hazırda 4 qrup üzrə 75 uşağın təlim-tərbiyə aldığını deyib. a

Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, 32 saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi bina 1985-ci ildə inşa edilib. Hazırda bu məktəbəqədər təhsil müəssisəsində əsaslı təmirə ehtiyac yaranıb.

Qeyd edək ki, son illərdə Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yeni bağçalar istifadəyə verilir, mövcud olanların isə əsaslı yenidən qurulması həyata keçirilir. Bu məqsədlə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı uğurla icra olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 32 saylı körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib