Dərc edilib: 15-02-2019

https://www.nuh.az/18891-.html

Birinci vitse-prezident Gəncədə səfərdədir (FOTOLAR)

15.02.2019 14:35:09

Region

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncə şəhərinə gəliblər.
Qaynarinfo xəbər verir ki, Mehriban Əliyeva və Leyla Əliyeva Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib