Dərc edilib: 15-02-2019

https://www.nuh.az/18896-.html

Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı

15.02.2019 16:59:36

Maqazin

Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb. 

Unikal.org   xəbər verir ki, Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb. 
Qeyd edək ki, M. Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D. Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib