Dərc edilib: 18-02-2019

https://www.nuh.az/18922-.html

Rüstəm İbrahimbəyov Bakıya gəlib - Fotolar

18.02.2019 12:59:54

Hadisə

Rusiyada yaşayan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat yayıb.

O, İbrahimbəyovun iştirak etdiyi məclisdən foto paylaşaraq tədbirin hazırda Bakıda restoranlardan birinə keçirildiyini qeyd edib.

Məclisdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.

Qeyd edək ki, 5 fevralda 80 yaşı olan R.İbrahimbəyov bir neçə gün öncə verdiyi açıqlamada Bakı üçün çox darıxdığını və buraya gəlmək istədiyini bildirmişdi. Onun yubileyi ilə bağlı Azərbaycana gəldiyi bildirilir.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib