Dərc edilib: 18-02-2019

https://www.nuh.az/18924-.html

Məktəb direktorunu döyən aktyora və bacısı oğluna cinayət işi açıldı

18.02.2019 13:58:02

Kriminal

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.


 Musavat.com   xəbər verir ki, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Rza Rzayevə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Rza Rzayevin bacısı oğlu Toğrul İbrahimli barəsində də cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 221.2.3 maddəsi ilə şübhəli bilinən Toğrul İbrahimli dayısı ilə birgə direktora hücum edib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib