Dərc edilib: 19-02-2019

https://www.nuh.az/18931-.html

Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi

19.02.2019 11:50:56

Region

Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevinoğluna yüksək vəzifə verilib. 

demokrat.az   xəbər verir ki, generalın oğlu Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.
Ə.Əsədullayevin 34 yaşı var. Bundan əvvəl Bakının müxtəlif polis bölmələrində çalışıb. 
Qardaşı Tamerlan Əsədullayev bir neçə il əvvəl Bakının «Senator» restoranında dava-dalaş salmışdı. Davada bir nəfər bıçaqlanaraq yaralanmışdı. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilmişdi. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş etmişdi.
Əli Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.
Şərif Əsədullayev

NUH informasiya agentliyi səhifəsindən çap edilib