Dərc edilib: 20-02-2019

https://www.nuh.az/18941-.html

Afaq Əsgərovanın yeni kitabı

20.02.2019 13:23:46

Mədəniyyət

Laçın rayonu Rəhman Əliyev adına Qarıkaha kənd tam orta məktəbinin direktoru Afaq Əsgərovanın "Dağların fəryadı" kitabı çapdan çıxıb.

 

"Dağların fəryadı" kitabına ön sözü İxtiyar Məmmədov yazıb. Vətənpərvərlik mövzusunda yazılmış kitabda 40 şeir, 2 hekayə, 4 poema yer alıb.

Qeyd edək ki, Afaq Əsgərova 1982-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib. "Dağların fəryadı" kitabı müəllifin sayca ikinci kitabıdır.

Afaq Əsgərovanın ilk kitabı Qarabağ müharibələri dövründə şəhid olmuş qardaşı Rəmzi Əsgərova həsr olunmuş "Bir ayrılıq" adlı sənədli povest olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib