Dərc edilib: 24-02-2019

https://www.nuh.az/18978-.html

ONA fəaliyyətə başladı

24.02.2019 15:20:46

Reportaj

Azərbaycanda Onlayn Xəbər Agentliyinin (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlayıb.


“Qafqazinfo” xəbər verir ki, agentliyin yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaqdır.

Əsas iş prinsipi dəqiqlik, operativlik, tərəfsizlik olan ONA xüsusi bülletenlər və onlayn rejimdə Azərbaycan, Rus, İngilis, Ərəb, Fransız və Erməni dillərində xəbərlər yayımlayacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib