Dərc edilib: 25-02-2019

https://www.nuh.az/18983-.html

Azərbaycanda icra başçısı vəfat etdi - 52 yaşında

25.02.2019 12:50:02

Hadisə

Azərbaycanda icra başçısı qəfildən ölüb.


 "Report"   xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib.

Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova faktı təsdiqləyib.

Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. Ailəlidir, 2 övladı var.

Allah rəhmət eləsin!

***
"Qafqazinfo" xəbər verir ki, R. İbrahimov prezident İlham Əliyevin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib