Dərc edilib: 25-02-2019

https://www.nuh.az/18987-.html

Nazarbayev onu baş nazir təyin etdi

25.02.2019 14:05:11

Maraqlı

Askar Mamin Qazaxıstanın baş naziri təyin edilib. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev müvafiq sərəncam imzalayıb. 

Qazaxıstan Məclisi (parlamentin alt palatası) A. Maminin bu posta namizədliyini təsdiq edib. 

Qeyd edək ki, Askar Mamin bu təyinata qədər 2005-2006-cı illərdə nəqliyyat və rabitə naziri, 2016-cı il sentyabrın 9-dan isə baş nazir Bakıtcan Saqintayevin birinci müavini olub.

Xatırladaq  ki, N. Nazarbayev fevralın 21-də hökuməti istefaya göndərib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib