Dərc edilib: 25-02-2019

https://www.nuh.az/18988-.html

Bakıda bina yanır - Nazir müavini hadisə yerindədir

25.02.2019 14:24:36

Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

Hazırda əməkdaşlarımız yanğın baş verən ərazidədir.

FHN nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir. 

***

Şəfayət Mehdiyev küçəsində hərəkət məhdudlaşıb.

FHN-in 10-dan artıq yanğınsöndürən maşını əraziyə cəlb edilib.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib