Dərc edilib: 26-02-2019

https://www.nuh.az/18998-.html

Dünən yanan bina Kəmaləddin Heydərovun imiş

26.02.2019 12:38:34

Region

Dünən Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina "Qoşa Park" yaşayış kompleksi "Gilan Holdinq"ə məxsusdur.
 unikal.org   xəbər verir ki, "Gilan Construction Group"a aid binanın ümumi sahəsi 64 092 m2-dır. Sözügedən binada 407 mənzil var. 2006-ci ildə tikintisinə başlanılan yaşayış kompleksi 2014-cü ildə təhvil verilib.
Qeyd edək ki, "Gilan Holdinq" fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovundur. Elə bu səbəbdən də Kəmaləddin Heydərov müavini Etibar Mirzəyevi dünən hadisə yerinə göndərib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib