Dərc edilib: 27-02-2019

https://www.nuh.az/19008-.html

Trampla Kimin görüşü başladı - Video+ Yenilənir

27.02.2019 16:32:31

Mədəniyyət

ABŞ və Şimali Koreya prezidentləri Donald Trampla Kim Çen Inın Vyetnamın Hanoy şəhərində ikinci sammiti başlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlərin görüşü “Sofitel Legend Metropole” otelində keçirilir. 

Məlumata görə, Tramp sammit başlamamışdan 15 dəqiqə öncə məkana gəlib.

Tramp sammitdən öncə görüşü şərh edib: “Düşünürəm ki, çox uğurlu olacaq”.

O, jurnalistlərin “Sammit çərçivəsində Koreya müharibəsinin rəsmən bitməsi elan ediləcəkmi” sualına cavabında “Buna baxarıq” deyə bildirib.

ABŞ prezidentini Ağ Evin aparat rəhbəri Mik Malvini və dövlət katibi Mayk Pompeo müşahidə edir.

***

“Tass.ru” xəbər verir ki, ABŞ və Şimali Koreya liderləri təkbətək 10 dəqiqə görüşüblər. Bundan sonra onlar hər iki tərəfin nümayəndə heyəti ilə birlikdə nahar ediblər. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib