Dərc edilib: 01-03-2019

https://www.nuh.az/19019-.html

Bu ay 8 gün iş olmayacaq

01.03.2019 10:40:28

Dünya

Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir. 

“Qafqazinfo”nun məlumatına görə, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib