Dərc edilib: 01-03-2019

https://www.nuh.az/19020-.html

Manatla krediti olanlara ŞAD XƏBƏR

01.03.2019 10:50:09

Müsahibə

Milli Məclisin deputatı Tahir Mirkişili prezidentin problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanda məsələnin manatla aid olan kreditlərə də şamil edilməsini şərh edib.

T. Mirkişili “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən fərmanda dollar və manatla olan kreditlər məsələsi nəzərdə tutulub: “Belə ki, kim dollarla kredit götürmüşdüsə, ona devalvasiyanın fərqi ödənəcək.  Manatla götürülən kreditlərin qaytarılması üçün yeni şərtlər veriləcək. Məsələn, bir adam manatla kredit götürüb hazırda banka 15 min manat borcu var və 1 ildən çoxdur ki ödəyə bilmir. Onun bütün faiz və cərimə borclarının hamısı silinəcək.

Təkcə 15 min manatın özü qalacaq Qalan məbləği ödəmək üçün bank həmin şəxsə 5 il müddətə vaxt verəcək və ildə borca 1 faiz tətbiq edəcək”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib