Dərc edilib: 01-03-2019

https://www.nuh.az/19032-.html

İşdən çıxarılan DYP rəisi 1 il sonra yenidən həmin vəzifəyə qaytarıldı

01.03.2019 18:10:32

Region

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub.

 

 Avtosfer.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təqin edilib. Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. Ötən ilin fevralında isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.  
Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlı idi.

Bir il keçməsinə baxmayaraq Gəncəyə DYP rəisi təyin edilməmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib