Dərc edilib: 02-03-2019

https://www.nuh.az/19036-.html

Təbrizdə Qarabağ şüarı - Ermənilərə cavab + Video

02.03.2019 09:47:32

Hadisə

Bu gün İran çempionatında 20-ci turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi, Təbrizin “Traktorsazi” klubu doğma “Səhənd” stadionunda “Sepahan”la qarşılaşıb.

Tribunaların tam dolduğu oyunda 100 min azarkeş “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər.

Azarkeşlər bununla da işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı erməni icması ilə görüşündə səsləndirilən “Qarabağ Ermənistanındır” şüarına cavab veriblər.

Qeyd edək ki, oyun “Traktor Sazi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Sepahan”nın mövsüm ərzindəki ilk məğlubiyyəti olub.

“Traktor Sazi” - “Sepahan” - 2:0

Qollar: Mehdi Mehdipur, 38, Antoni Stoks, 73 (penalti)

NUH informasiya agentliyi səhifəsindən çap edilib