Dərc edilib: 02-03-2019

https://www.nuh.az/19038-.html

Mehman azadlığa çıxdı - Video

02.03.2019 16:58:42

Reportaj

Həbsdə olan bloqer Mehman Hüseynov azadlığa çıxıb. 

"Qafqazinfo" xəbər verir ki,  M.Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılıb. 

Mehman həbsdən çıxan kimi anası Firəngiz Hüseynovanın və 14 il əvvəl martın 2-də qətlə yetirilən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib