Dərc edilib: 03-03-2019

https://www.nuh.az/19045-.html

Prezident “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyib

03.03.2019 13:17:41

Siyasət

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

 AZƏRTAC  xəbər verir ki, prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
"Bakı 2019: Ulduzlar Finalı”nda "Qərb Ulduzları” və "Şərq Ulduzları” komandaları qarşılaşıblar.
Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman ZahirzadəMəhəmməd Tanrıverdiyev və "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.
Əvvəlcə İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb. UEFA Avropa Liqasının kuboku prezidentə təqdim edilib. Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra oyun başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatıb.
Sonra İlham Əliyev oyunu izləyən azarkeşlər, uşaqlarla görüşüb, xatirə şəkilləri çəkdirib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib