Dərc edilib: 04-03-2019

https://www.nuh.az/19057-.html

İran niyə Qarabağ məsələsində konkret mövqeyini bildirmir ?

04.03.2019 15:19:09

Maraqlı

Niyə, Pakistan Qarabağ məsələsində konkret mövqeyini bildirir, İran yox ?

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov öz fasebook səhifəsində İran İslam Respublikasının Ermənistanın işğalçılıq  siyasətinə münasibət bildirməməsi ilə bağlı mövqeyni açıqlayıb. NUH.az tanınmış alimin haqlı mövqeyini olduğu kimi  dərc edir:

“İran Islam Respublikası ( İİR ) da Azərbaycana münasibətdə Türkiyə və Gürcüstan kimi birmənalı mövqe ortaya qoysaydı, regionda Ermənistanın Rusiya forpostu olduğu çılpaqlığı ilə sübut olunar və təklənməsinə rəvac verərdi. Bu mövqe onun qonşuluq, tarixi bağlılıq və beynəlxalq hüquqa rəğmən, həm də müsəlman dövləti kimi bilavasitə, borcudur. İrəvana nəfəslik verən İİR şəffaf olmayan siyasətilə regionda şər üçbucağını tamamlayan (Tehran, İrəvan, Moskva) ölkə kimi Azərbaycanın dövlət maraqlarına ciddi təhdid yaradır...

Niyə, Pakistan Qarabağ məsələsində konkret mövqeyini bildirir, İran yox ?

Niyə İran Türkiyə qədər bizə yaxın olmur ?

Niyə İran bir dəfə də olsun ki, Ermənistana işğal etdiyi torpaqları boşaltmaq üçün bəyanat verməyib ? Amma Türkiyə nəinki bəyanatlar veib, həm də bu günədək Ermənistanla sərhədlərini açmayıb... İran da bunu edə bilməzdi ki ?!

Niyə bunu onlara rəsmi strukturlarımız sual etmir ? Belə nəticəyə gəlmək mümkündür ki, İran (İslam Respublikası ??) Ermənistanı Azərbaycan üzərinə körükləyən ən ciddi regional aktordur ?..”

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib