Dərc edilib: 04-03-2019

https://www.nuh.az/19059-.html

“Rəis gecə 4-də zəng edirdi ki, o necə oturmaqdı əə?!”

04.03.2019 15:53:02

İqtisadiyyat

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gömrük Hospitalının mühasibi işləmiş Elnurə Novruzlu şahid qismində ifadə verərək deyib ki, xəstəxananın gəliri heç vaxt düzgün rəsmiləşdirilməyib: “Fikrət müəllimin göstərişi ilə gəlirin 30 faizini rəsmiləşdirirdik. Mən günün sonunda pulu və siyahını Fərman müəllimə təqdim edirdim. O da səhəri gün rəsmiləşdirilməsi lazım olan adların qarşısına işarə qoyub mənə qaytarırdı. Hospitalda bütün işlər idarə rəisi Fikrət Qədiməliyevin nəzarəti ilə həyata keçirilirdi”.

General Qədiməliyev vəkilin bu barədə sualına cavab vermək istəmədiyini deyib və istintaqa ifadə verdiyini xatırladıb.

Gömrük Hospitalının xəzinədarı işləmiş İltizam Hüseynəliyev də bütün işlərə Fikrət Qədiməliyevin nəzarət etdiyi bildirib: “Necə oturmağımıza belə Fikrət müəllim nəzarət edirdi. Elə vaxt olurdu ki, kameradan baxıb, gecə saat 4-də zəng edirdi ki, o necə oturmaqdı?!”

NUH informasiya agentliyi səhifəsindən çap edilib