Dərc edilib: 05-03-2019

https://www.nuh.az/19071-.html

Dünya çempionumuz qayınatasını beşbarmaqla vurub

05.03.2019 17:12:01

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib. 

 

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə şahidlər dindirilib.

Zərərçəkmiş Bəhruz Dilbazinin həyat yoldaşı Firəngiz Yusifova ifadə verərək hadisənin onun gözü qarşısında baş verdiyini deyib:

“Ehram əyilib nəsə götürdü, sonra Bəhruzu döyməyə başladı. Barmaqlarında üzüyə oxşar nəsə var idi. Ondan əvvəl də bizi öldürməklə, qızımın başını kəsməklə hədələyirdi”.

Daha sonra Ehram Məcidovun 12 və 9 yaşlı övladları ifadə verib. Onlar atalarını sevmədiklərini deyiblər: “Biz ondan qorxuruq, o, anamı sevmirdi və ona bıçaq çəkmişdi. Babamı döyəndə də mən orada idim. 

Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.  İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib