Dərc edilib: 06-03-2019

https://www.nuh.az/19078-.html

İsa Həbibbəylinin oğlu Gömrük Komitəsinin sədri oldu

06.03.2019 14:19:34

İqtisadiyyat

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.  
Qaynarinfo-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.
Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. 
Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib