Dərc edilib: 07-03-2019

https://www.nuh.az/19088-.html

Əliyev Ağsuda sakinlərlə görüşüb - Ərizələrini qəbul edib +Fotolar

07.03.2019 11:10:17

Siyasət

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün Ağsu rayonuna səfər edib.

“Qafqazinfo” xəbər verir ki, görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. 

Prezident Ağsu sakinlərinin ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, prezident sakinləri narahat edən məsələləri dinləyib.  Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyyələrini verib.

 







 

NUH informasiya agentliyi səhifəsindən çap edilib