Dərc edilib: 07-03-2019

https://www.nuh.az/19095-.html

Qazaxıstan 22 min tondan çox uran istehsal edəcək

07.03.2019 15:56:23

Region

Qazaxıstan Milli Nüvə Şirkəti (Kazatomprom) bu il 22 min 800 ton uran istehsal edəcək.
Qaynarinfo xəbər verir ki, Qızılorda və Almata şəhərlərində yerləşən 26 quyudan hər il 20 min tondan çox uran istehsal edilir. 
Qeyd edək ki, Qazaxıstan bu sahədə dünya lideridir və Çin, ABŞ, Cənubi Koreya, Yaponiya, Hindistan və Avropa ölkələrinə uran ixracatı həyata keçirir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib