Dərc edilib: 09-03-2019

https://www.nuh.az/19104-.html

Bu vaqonda yalnız qadınlar gedə bilər - Təcavüzə qarşı qəribə üsul

09.03.2019 11:47:08

Dünya

Şri-Lankada ictimai nəqliyyatda qadınlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün xüsusi qatar vaqonları ayrılıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Mülki Aviasiya Nazirliyindən məlumat verilib.

Yeni vaqonlar bu gündən etibarən istifadəyə verilib. Qadınlar bu yenilikdən olduqca məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, belə vaqonlar Yaponiyada da istifadədədir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib