Dərc edilib: 09-03-2019

https://www.nuh.az/19105-.html

Sibel Canın Bakı konsertindən - Fotolar

09.03.2019 11:54:32

Maqazin

Türkiyənin məşhur müğənnisi Sibel Canın gözlənilən solo konserti baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən gecə “Liatris Holding”in təşəbbüsü, “Liatris Production”ın təşkilatçılığı ilə ərsəyə gəlib.

Martın 8-i Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşən konsertin aparıcısı Nanə Ağamalıyeva olub.

O, səhnəyə çıxaraq konsertdə baş verənlər barədə məlumat verib, təşkilatçılara təşəkkürünü qeyd edib.

Daha sonra səhnəyə Sibel Can çıxıb. O, gecə boyunca canlı ifalarını səsləndirərək tamaşaçıların bir daha rəğbətini qazanıb.

Qeyd edək ki, müğənni konsertdə iki geyimdən istifadə edib. Sənətçinin birinci libası Türkiyədə hazırlansa da, ikinci paltarını azərbaycanlı modelyer Afaq İsmayılzadə hazırlayıb.

 

 









 

NUH informasiya agentliyi səhifəsindən çap edilib