Dərc edilib: 11-03-2019

https://www.nuh.az/19121-.html

Mehriban Əliyeva Rotşildlə görüşüb - Foto

11.03.2019 16:23:38

Dünya

Fransada səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva martın 11-də Parisdə “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.


 Azərtac   xəbər verir ki, Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşündən məmnun olduğunu deyib. O, bildirib ki, XIX əsrdə Azərbaycanda çox məşhur olan Rotşildlər 1883-cü ildə “Xəzər–Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti”ni təsis etmişdilər. “Azərbaycan – Bakı o zaman neft sənayesinin mərkəzi idi və Rotşild qardaşları Bakıya böyük investisiya gətirmişdilər”, - deyən Mehriban Əliyeva bütün bunların Bakıda neft sənayesinin daha da canlanmasına səbəb olduğunu diqqətə çatdırıb.

Mehriban Əliyeva David dö Rotşildi ölkəmizə səfərə dəvət edib.

David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib. 

Görüşdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib