Dərc edilib: 13-03-2019

https://www.nuh.az/19134-.html

Cocuq Mərcanlıda Novruz şənliyi - Fotolar

13.03.2019 11:45:44

Hadisə

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin “Qayıdış” parkında Novruz bayramı münasibətilə şənlik keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. 

Mərasimdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd sakinləri, N saylı hərbi hissənin əsgərləri və digər qonaqlar iştirak edib. 

Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış oublarr. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalça nümunələri nümayiş olunub. 

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov tədbir iştirakçılarını salamlayaraq öz təbriklərini çatdırıb.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.. Konsertdə xalq artistləri Bilal Əliyev, Gülyanaq Məmmədova, əməkdar artistlər Səbuhi İbayev, Nüşabə Ələsgərli, Ehtiram Hüseynov və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirib. 

 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib