Dərc edilib: 16-03-2019

https://www.nuh.az/19159-.html

Bakıda binada yanğın: ölənlər var

16.03.2019 12:09:04

Hadisə

Bakıda binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib