Dərc edilib: 16-03-2019

https://www.nuh.az/19160-.html

Bakcell və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib

16.03.2019 13:26:07

Reportaj
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və "Waves” Platforması Bakıda ilk dəfə olaraq "Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.
Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan "Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər. 

Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər "Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar. 
Hachathon yarışmasının sonunda "Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, "Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər. 
Xatırladaq ki, keçən ilin sonunda Bakcell şirkəti ilə İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

 

NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib