Dərc edilib: 18-03-2019

https://www.nuh.az/19177-.html

Azərbaycanın bu ölkədəki səfiri 10 banka kürü oğurladı

18.03.2019 20:42:54

Cəmiyyət

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəsini mənimsəyib.

Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, söhbət 10 banka kürüdən gedir.

Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir və yarım milyon dolların yox olması faktını araşdırır. Bu pulun mənimsənilməsi ilə də bağlı şübhələr var.

Daşqın Şikarov kifayət qədər təcrübəli diplomatdır. O, daha əvvəl Azərbaycanın Pakistanda və Əfqanıstandakı diplomatik missiyalarına başçılıq edib. 

Daşqın Şikarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliyindəki səfiri vəzifəsinə 2016-cı ilin yanvaray ında təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib