Dərc edilib: 20-03-2019

https://www.nuh.az/19190-.html

Qazaxıstanın yeni prezidenti and içdi (VİDEO)

20.03.2019 13:28:05

Hadisə
Kasım-Jomart Tokayev Qazaxıstanın yeni prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, növbəti prezident seçkilərinə qədər 2 il hakimiyyətdə olacaq.

Takayevin andiçmə mərasimi Qazaxıstan Parlamenti palatalarının birgə iclasında keçirilib.
Qeyd edək ki, dünən Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa vermişdi. O, bundan sonra Təhlükəsizlik Şurasının sədri, Nur Otan Partiyasının rəhbəri və Konstitusiya Şurasının üzvü kimi fəaliyyət göstərəcək.

Токаев вступил в должность президента Казахстана. Присягу принёс на казахском, но примерный смысл понятен и без перевода.

/

NUH informasiya agentliyi səhifəsindən çap edilib