Dərc edilib: 21-03-2019

https://www.nuh.az/19195-.html

Yeni ombudsman Xanlar Hacıyev olacaq

21.03.2019 19:00:09

Müsahibə
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə istefaya gedəcək.
Bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilir ki, önümüzdəki günlərdə ölkə rəhbərliyi E.Süleymanovanın yerinə yeni təyinatla bağlı təklif verəcək.
Məlumata görə, 82 yaşlı ombudsmanın yerinə iddialı şəxslərdən ikisinin adı bəllidir: Milli Məclisin vitse-spiketi Bahar Muradova və Konstitusiya Məhkəməsinin keçmiş sədri, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi, Konstitusiya Məhkəməsinin keçmiş sədri hakim Xanlar Hacıyev.
Qeyd edək ki, E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci martın 5-də bitib. Qanuna görə, yeni ombudsman seçilənə qədər E.Süleymanova səlahiyyətlərinin icrasına davam edə bilər.
Ombudsman seçkisi isə bu qayda ilə həyata keçirilir: Azərbaycan prezident bu vəzifəyə namizədin adını Milli Məclisə təqdim edir. Milli Məclis isə prezidentin təqdim etdiyi şəxsi səsverməyə çıxararaq qərar qəbul edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib