Dərc edilib: 22-03-2019

https://www.nuh.az/19200-.html

Türkiyədən Trampın açıqlamasına reaksiya - “Daha çox faciəyə səbəb olar”

22.03.2019 12:24:21

Dünya

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı paylaşımına reaksiya verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Çavuşoğlu ölkələrin ərazi bütövlüyünün beynəlxalq hüququn təməl prinsiplərindən biri olduğunu xatırladıb:

“Amerikanın İsrailin bu hüquqlara qarşı hərəkətlərinə haqq qazandırması bölgədə daha çox şiddət və faciələrə yol aça bilər. Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır”.

Qeyd edək ki, Qolan təpələri 1967-ci ildən etibarən İsrailin nəzarətindədir. Beynəlxalq təşkilatlar həmin təpələri işğal olunmuş Suriya ərazisi kimi qəbul edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib